• şənbə, 27 Aprel, 02:34
  • Baku Bakı 14°C

Saatı niyə oğurladığını açıqladı

02.10.19 12:15 685
Saatı niyə oğurladığını açıqladı
Komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlayan "Nitsa”nın futbolçusu Lamine Diabi üzrxahlıq edib.
Kaspi.az xəbər verir ki, Lamine "tvitter” səhifəsində saatı nəyə görə oğurladığına aydınlıq gətirib:
"Mən bunu tamah məqsədilə yox, daha çox, həsəd üzündən etdim. Mənim cəmisi 18 yaşım var, səhv edə bilərəm. Ancaq bu amil bəraət deyil.
Mənim komandadakı çətin vəziyyətim Dolberqin uğuru ilə təzad təşkil edirdi. Bəlkə də bir az da qısqanclıq üzündən onun saatını götürdüm.
Meydandakı yer uğrunda vuruşmaq əvəzinə qorxaqlıq etdim. İndi mən komandanı tərk edirəm. Bu. mənim üçün ən böyük cəzadır”.
Qeyd edək ki, "Nitsa” futbolçu ilə müqaviləni pozub. Diabi 13 yaşından "Nitsa"nın aşağı yaş qruplarında çıxış edirdi.
banner

Oxşar Xəbərlər