• şənbə, 27 Aprel, 03:03
  • Baku Bakı 14°C

Rusiyanın ən yaxşısı azərbaycanlı seçildi

30.10.18 11:50 833
Rusiyanın ən yaxşısı azərbaycanlı seçildi
"InStat Index” Rusiya Premyer Liqasında 12-ci turdan sonra futbolçuların reytinqini açıqlayıb.
Kaspi.az. xəbər verir ki, 12-ci turda ən yaxşı futbolçu "Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev seçilib. O, 361 bal toplayıb. Ayaz "Anji” ilə oyunda komandasının qələbəsinə böyük töhfə verib.
İlk "üçlük”də "Lokomotiv”in hücumçusu Entonio Eder (357) və "Dinamo”nun müdafiəçisi Sebastyan Holmen (341) də qərarlaşıb.
12 turdan sonra ümumi sıralamada isə ÇSKA-nın yarımmüdafiəçisi Nikola Vlaşiç liderlik edir - 311 bal. "Lokomotiv”in futbolçusu Manuel Fernandeş 2-ci (297), "Zenit”in üzvü Lenadro Paredes isə 3-cü (295) yerdədir.
"Rostov” 12 turdan sonra 21 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər