Rusiyanın ən yaxşısı azərbaycanlı seçildi
"InStat Index”
Rusiya Premyer Liqasında 12-ci turdan sonra futbolçuların reytinqini açıqlayıb.
Kaspi.az. xəbər
verir ki, 12-ci turda ən yaxşı futbolçu "Rostov”un azərbaycanlı yarımmüdafiəçisi
Ayaz Quliyev seçilib. O, 361 bal toplayıb. Ayaz "Anji” ilə oyunda komandasının
qələbəsinə böyük töhfə verib.
İlk "üçlük”də
"Lokomotiv”in hücumçusu Entonio Eder (357) və "Dinamo”nun müdafiəçisi Sebastyan
Holmen (341) də qərarlaşıb.
12 turdan sonra
ümumi sıralamada isə ÇSKA-nın yarımmüdafiəçisi Nikola Vlaşiç liderlik edir -
311 bal. "Lokomotiv”in futbolçusu Manuel Fernandeş 2-ci (297), "Zenit”in üzvü
Lenadro Paredes isə 3-cü (295) yerdədir.
"Rostov” 12
turdan sonra 21 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.