• şənbə, 20 Aprel, 03:29
  • Baku Bakı 15°C

Rusiyalı boksçu Tailandda öldü

23.09.19 12:28 598
Rusiyalı boksçu Tailandda öldü
Rusiyalı boksçu Aleksey Zabolotskix sentyabrın 22-də Tailandın Comtene şəhərində ölüb.
Kaspi.az xəbər verir ki, boksçu qaldığı hotelin 4-cü mərtəbəsindən yıxılıb. O, ağır zədə alıb. Həkimlər hadisə yerinə gələndə boksçu sağ olub. Ancaq xəstəxanaya aparılarkən yolda keçinib.
Boksçunun tanışının yerli mediaya verdiyi məlumata görə, Aleksey dostları ilə birgə spirtli içki qəbul edərək əylənib. O, hotelə səhərə yaxın gəlib. Boksçu otağa daxil olduqdan sonra balkona çıxıb və yıxılıb.
Polis araşdırma aparır.
banner

Oxşar Xəbərlər