• şənbə, 27 Aprel, 03:20
  • Baku Bakı 14°C

Rusiya Premyer Liqası: Eyni gündə iki baş məşqçi istefa verdi

04.04.21 16:30 1372
Rusiya Premyer Liqası: Eyni gündə iki baş məşqçi istefa verdi
Futbol üzrə Rusiya Premyer Liqasında eyni gündə iki baş məşqçi istefası gerçəkləşib.
"Report"un məlumatına görə, Murad Musayev "Krasnodar"ı, Rəşid Rəhimov isə "Ufa"nı tərk edib. Onlar komandalarının XXIV tur qarşılaşmalarında böyük hesablı məğlubiyyətlərindən sonra bu addımı atıblar.
"Krasnodar" evdə "Axmat"a 0:5, "Ufa" isə səfərdə Moskva "Dinamo"suna 0:4 hesabı ilə uduzub. Musayevi az öncə MOİK-i tərk etmiş Viktor Qonçarenkonun əvəzləyəcəyi gözlənilir. Rəhimovun yerinə kimin gətiriləcəyi isə hələ məlum deyil.
Qeyd edək ki, "Krasnodar" 2021-ci ilin 8 oyununda cəmi 1 qələbə qazanıb və hazırda 24 görüşdən 34 xalla 10-cu yerdə gedir. 7 oyundur qalib gələ bilməyən və bunların 6-da məğlub olan "Ufa" isə 14 xalla 15-ci yerdə gedir.
banner

Oxşar Xəbərlər