• çərşənbə axşamı, 19 mart, 15:21
  • Baku Bakı 8°C

Rusiya Olimpiada-2020-yə buraxılmayacaq?

23.09.19 14:07 639
Rusiya Olimpiada-2020-yə buraxılmayacaq?
Rusiya idmanı ciddi təhlükə ilə üz-üzədir.
Kaspi.az xəbər verir ki, Rusiya 2020-ci ildə keçiriləcək olimpiya oyunlarına buraxılmaya bilər. Buna səbəb isə Moskva Antidopinq Laboratoriyasının yol verdiyi qanunsuzluqlardır.
Laboratoriya nəticələri saxtalaşdırmaqda ittiham edilir. Beynəlxalq Antidopinq Agentliyində "VADA) hesab edirlər ki, Moskva 18 ay müddətində nəticələrlə bağlı manipulyasiya edib.
Bununla da onlar idmançıların sistemli şəkildə qadağan olunmuş maddələr qəbul etməsinə şərait yaradıblar. VADA ekspertlərinin məsələ ilə bağlı hesabatı sentyabrın 23-də açıqlanacaq.
"The Telegraph” nəşrinin iddiasına görə, 2 ay ərzində Rusiya hakimiyyətinin məsələyə müdaxiləsi ilə bağlı yeni faktlar açıqlanacaq. Əgər bu faktlar təsdiqini taparsa, onda Rusiya idmançıları Tokioda keçiriləcək olimpiya oyunlarına buraxılmaya bilərlər.
banner

Oxşar Xəbərlər