• şənbə, 27 Aprel, 01:37
  • Baku Bakı 14°C

Ürəyi tutdu, xəstəxanaya aparıldı və...

04.05.20 14:30 677
Ürəyi tutdu, xəstəxanaya aparıldı və...
Hollandiya yığmasının baş məşqçisi Ronald Kumanın ürəyində problem yaranıb.
Kaspi.az xəbər verir ki, Kuman velosiped sürərkən ürəyində narahatlıq hiss edib. O, təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb.
57 yaşlı mütəxəssis Amsterdamdakı xəstəxanalardan birində ürək kateterizasiyasından keçib. Kumanın həyatı üçün təhlükə olmadığı bildirilib. O, mayın 4-də xəstəxanadan evə buraxılmalı idi.
Kumanın Hollandiya yığması ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər