Rəhbərlik qovmasa, qalacaq
"Yuventus”un baş
məşqçisi Massimiliano Alleqri "Roma” ilə keçirilən oyundan (0:0) sonra fikirlərini
bildirib.
Kaspi.az xəbər
verir ki, "Yuventus” bu heç-heçədən sonra İtaliya çempionluğunu rəsmiləşdirib.
Alleqri isə bildirib ki, rəhbərlik onu qovmasa, "Yuventus”da qalacaq:
"Mən xoşbəxtəm.
Klub tarixində yeni uğura imza atmışıq. Çox ağır mövsüm oldu. "Napoli”yə təşəkkür
edirəm. Onlar bizə böyük təzyiq göstərdilər.
Hesab edirəm ki,
rəqib üzərində əsas üstünlüyümüz sakitliyimizi qorumağımız oldu. Əgər rəhbərlik
məni qovmasa, onda "Yuventus”da qalacağam.
Bir qədər istirahət
etdikdən sonra yeni mövsümün planlarını qurmaq olar. Gələn mövsüm hər şey
sıfırdan başlayacaq və rəqabətə davamlı olduğumuzu göstərməliyik”.