• şənbə, 27 Aprel, 04:33
  • Baku Bakı 14°C

“Real” Ukraynadan qapıçı aldı

20.06.18 11:20 529
“Real” Ukraynadan qapıçı aldı
"Zarya”nın və Ukrayna yığmasının qapıçısı Andrey Lunin karyerasını İspaniyada davam etdirəcək.
Kaspi.az xəbər verir ki, 19 yaşlı qapıçı "Real”la anlaşıb. Andrey iyunun 21-də Madridə gedəcək və müqaviləyə imza atacaq.
Ukraynalı qapıçının "Real”a 9 milyon avroya başa gələcəyi bildirilir. Lunin perspektivli qapıçı sayılır. Onunla "Liverpul”, "Napoli” və "İnter” də maraqlanırdı.
Lunin Ukrayna yığmasında bu ilin martında Səudiyyə Ərəbistanı ilə oyunda (1:1) debüt edib.
banner

Oxşar Xəbərlər