“Real” iki futbolçu üçün “Çelsi”yə 112 milyon təklif etdi
"Real” "Çelsinin
iki futbolçusunu - Villianı və Tibo Kurtuanı transfer etmək niyyətindən əl çəkməyib.
Kaspi.az xəbər
verir ki, "kral klubu” Çelsi”yə daha bir təklif göndərib. Bu dəfə 2 futbolçu
üçün 100 milyon funt (təxminən 112 milyon avro) təklif olunub.
Villianla
"Mançester Yunayted” də ciddi maraqlanır. İngiltərə mətbuatında yayılan məlumatda
bildirilir ki, MY Villian üçün 74 milyon avro təklif edib.
Villian "Çelsi”də
2013-cü ildən çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm 36 oyunda 6 qol vurub, 7
qol ötürməsi edib.