Razılaşdılar - Sabah tibbi baxışdan keçir
"Yuventus” "Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kostanı heyətə cəlb
etməyə çox yaxındı.
Kaspi.az xəbər verir ki, klublar arasında razılıq əldə olunub.
"Yuventus” Kostanı icarəyə götürəcək. İcarə üçün ildə 6 milyon avro ödəniləcək.
İcarə müddəti başa çatdıqdan sonra isə 40 milyon avro ödəyərək,
futbolçunun transfer hüququna sahib olacaq. Braziliyalının Turin klubunda illik
məvacibi 9 milyon avro olacaq.
Onun iyulun 12-də tibbi baxışdan keçəcəyi bildirilir. Kosta
"Bavariya”ya 2015-ci ildə "Şaxtyor”dan keçib.