Qvardiola o vaxta qədər təqaüdə yollanacaq
"Mançester
Siti”nin baş məşqçisi Xosep Qvardiola "Kristal Pelas”la səfər oyunundan əvvəl
jurnalistlərin suallarını cavablandırıb.
Kaspi.az xəbər verir
ki, o, karyerasını nə vaxt bitirəcəyi ilə bağlı da suala cavab verib. Qvardiola
"Kristal Pelas”ın baş məşqçisi Roy Hocson qədər məşqçilik etməyəcəyini qətiyyətlə
bildirib:
"Hocson qədər məşqçilik
etməyə hazıram? Qətiyyən. Mən özümü 71 yaşında məşqçi kimi görmürəm. O vaxta qədər
təqaüdə yollanacağam.
71 yaşda məşqçi
işləmək üçün xüsusi enerji lazımdır. Yeni nəsillər və yeni ideyalar gələcək. Həmin
vaxt onları televizor qarşısından izləyəcəyəm. Hətta baş direktor və ya
prezident də olmaq istəmirəm”.
71 yaşlı Hocson
Premyer Liqa tarixində ən yaşlı baş məşqçidir.