• şənbə, 27 Aprel, 06:33
  • Baku Bakı 12°C

“Qızının toyudur, ona görə aşağı dəstəyə göndərdik”

11.04.14 13:20 1120
“Qızının toyudur, ona görə aşağı dəstəyə göndərdik”
“Neftçi” - “Bakı” matçından sonra hər iki klubun rəsmiləri baş hakim Əliyar Ağayevdən narazı qalıbsa, bu, onların öz işidir. Onsuz da Azərbaycan çempionatında klublar hakimlərdən həmişə şikayət edirlər. Biz Ağayevin həmin oyundakı idarəçiliyini təhlil edib, qeydlər götürmüşük”. Bu sözləri apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Ağayevin Topaz Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan həmin oyunda səhv etdiyini bildirən HK sədri Rəhim Həsənovun ardıcıl 2 tur köməkçi hakim kimi təyinat almasına da aydınlıq gətirib: “Biz Əliyar Ağayevin nəyi düz, nəyi səhv etdiyini bilirik. Amma bunu mətbuata açıqlaya bilmərik. Həmin oyunda Ağayev Nfora qarşı edilən hərəkətə görə qırmızı vərəqə verməli idi. Amma verməyib. O, səhvə yol verib. Həsənovun isə sağlamlıq durumunda problemi var. Ona görə də daha yaxşı olar ki, oyunlara hələlik əlavə köməkçi hakim kimi çıxsın. Biz onu meydana əsas hakim kimi buraxmağa qorxuruq. Çünki daha ciddi problemlər ortaya çıxa bilər. İndi hamı düşünür ki, cəzalıdırlar. Amma heç bir cəza yoxdur. Əliyar Ağayev də əməliyyat olunduğu üçün ən azı 10 gün idarəçilik edə bilməyəcək. Ümumiyyətlə, hər hansı hakim 1-2 oyun idarəçilik etməsə, heç kim onların cəzalı olduğunu düşünməsin. Normalda bir hakim həftədə maksimum iki oyun idarə etməlidir. Çox oyun idarə edəndə, bu, onlara həm mənəvi, həm də fiziki cəhətdən təsir edir”.
Məmmədov Vüsal Əliyevin XXX turda Topaz Premyer Liqasının oyunlarına deyil, birinci diviziona təyinat almasına da münasibət bildirib: “Vüsal Əliyev keçən tur “Simurq” – “İnter” oyununu idarə edib. Bu tur Premyer Liqaya təyinat almamağına səbəb isə sabah qızına toy etməsi ilə bağlıdır. Ona görə də onu aşağı dəstə oyununa göndərdik”.
banner

Oxşar Xəbərlər