Qısa hekayələr
MƏKTUB
Məktubu çoxdan yazıb tamamlamaq istəmişdim. Ancaq qələmi əlimə alan kimi gözlərimin yaşı yazdıqlarımı pozur.
O göz yaşları axa-axa yaxamı çürüdüb.
RAHATLIQ
Bəxtəvərliklə dövranını sürmüş qarı can üstdə idi. Oğul-uşaq, nəvə-nəticə yastığının dibini kəsdirmişdilər. Belə ölməyə nə var idi ki? Ayrılıq nə qədər ağır olsa da, qarını axirət dünyasına az qala deyə-gülə yola salırdılar.
Böyük oğul göz vurub anasına sataşdı:
– Yəqin ki, dədəmizlə görüşə tələsirsən?
Böyük qız da söhbətə qoşuldu:
– Əlbəttə, bəs necə, – deyib astadan güldü də, – neçə il bir yastığa baş qoyublar.
Sonbeşik oğul anasını "muştuluqladı”:
– Arxayın ol, səni kişinlə qonşu edəcəyik. Neçə ildən bəri ayrı düşdüyün qocanla yenə bir yerdə olacaqsan...
Oğul-uşağın atmacalarına sakit-səmirsiz qulaq asan huşu başında olan xəstə birdən-birə dirçəlib şivən qopardı:
– Amandı, məni dədənizdən uzaq eləyin! Qonşu olsaq, gorda da günümü qara edər.
Oğul-uşaq uğundu. Elə qarının da öz zarafatına dodaqları qaçdı. Solğun çöhrəsinə təbəssümə oxşar bir şey qondu. Sonra da yüngülcə bir köks ötürüb yavaşca gözlərini yumdu.
NİGARANLIQ
Xadimə qadın hər gün sübh erkən süpürüb yır-yığış etdiyi dalanda axşamdan qalan zibil qutularını boş görəndə nədənsə halı dəyişir, narahat olurdu.
Qapıların ağzındakı zibil qutularını qabaqdan qalan atılmış artıq tör-töküntülərlə dolu görəndəsə, işinin ağırlaşdığını vecinə almır, elə bil yüngülləşir, sevinirdi.
SƏNSİZ KEÇƏN FƏSİLLƏR
Yaz
Yazın da, demə, mənə rəhmi gəlir. Gül-çiçəklərinin rayihəsi ilə sənin ətrini xatırladıb toxtaqlıq, təsəlli verir...
Yay
Yayda da adam üşüyərmiş...
Payız
Bəlkə də, bu payız mənim əvəzimə beləcə ağlayıb göz yaşı tökür...
Yoxsa gözlərimdə yaş qalmazdı...
Qış
Niyə bəs mənim xəbərim yoxmuş? Sən demə, qış fəsli soyuq olurmuş...
Aqibət
Quyunu elə dərin qazımışdı ki, heç özü də ordan çıxa bilməyib boğuldu.
Peşmanlıq
Hamını öz arşını ilə ölçmüşdü. Fikirləşirdi ki, indi də heç kimdən inciməyə haqqı yoxdur. Eləcə özünü qınayırdı; görünür, arşını uzun imiş...
Yaddaş
Nə vaxtsa özünə qarşı edilən adi bir soyuqluğu pislik hesab edərək, aradan uzun müddət keçsə də, hələ də unuda bilmirdi. Min yaxşılığı isə bir andaca yaddan çıxartdı.

Aydın Tağıyev