• şənbə, 27 Aprel, 09:07
  • Baku Bakı 12°C

"Qarabağ"- "Linfild" oyununa 10 min bilet satılıb

27.08.19 16:30 5166
"Qarabağ"- "Linfild" oyununa 10 min bilet satılıb
Bakıda keçiriləcək "Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı play-off mərhələsinin cavab oyunu üçün 30 min bilet satışa çıxarılıb.
Bu barədə Trend-ə "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Onun sözlərinə görə, artıq satışa çıxarılan biletlərin 10 mini satılıb. Hazırda bilet satışı davam etdirilir.
Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə məğlub olmuşdu.
banner

Oxşar Xəbərlər