• şənbə, 27 Aprel, 08:13
  • Baku Bakı 12°C

“Pussy Riot” fəalları həbsdən çıxan kimi saxlanıldılar

31.07.18 12:15 830
“Pussy Riot” fəalları həbsdən çıxan kimi saxlanıldılar
DÇ-2018-in finalında, Fransa-Xorvatiya oyununda meydana daxil olan "Pussy Riot” fəallarının həbs müddəti başa çatıb.
Kaspi.az xəbər verir ki, 15 gün müddətinə həbs olunan fəallar azadlığa buraxılıblar. Ancaq onlar həbsxanadan çıxan kimi, dərhal saxlanılıblar. Polislər fəalları avtomobilə oturdaraq, naməlum istiqamətə aparıblar.
Polis formasında meydana daxil olan fəallar bildirmişdilər ki, bu addımları ilə Rusiyada siyasi məhbus probleminə diqqət göstərilməsinə çalışıblar.
Məhkəmə onlara 15 gün həbs cəzası kəsməklə yanaşı, fəalların 3 il müddətinə idman obyektlərinə daxil olmasına da qadağa qoymuşdu.
banner

Oxşar Xəbərlər