Püşkatma supermarketdə keçiriləcək
İngiltərə Liqa Kubokunun 2019/2020 mövsümü üçün püşkatması yenə də
qeyri-adi məkanda keçiriləcək.
Kaspi.az xəbər verir ki, püşk
"Uembli” stadionunun yaxınlığındakı supermarketdə atılacaq. Ötən il Liqa
Kubokunun püşkatma mərasimi Vyetnamın Hoşimin şəhərində keçirilmişdi.
Mərasim iyunun 20-də keçiriləcək. Püşkü isə Con Barnsla Pey Parlor
atacaq. Onların "Liverpul” və "Arsenal”ın heyətində bu titulu qazanıblar.
Liqa Kubokunun son qalibi "Mançester Sitidir”dir.