AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

PSJ-yə keçir, Parisdə 4 milyon avroya ev aldı

PSJ-yə keçir, Parisdə 4 milyon avroya ev aldı

İdman
27 Fevral 2020, 12:17 598
"Napoli”nin futbolçusu Kalidu Kulibali yayda komandanı tərk edəcək. 
 
Kaspi.az xəbər verir ki, Kulibalinin PSJ-yə keçəcəyi bildirilir. Seneqallı futbolçunun Parisdə ev aldığı da deyilir. O, Parisin 15-ci məhəlləsində dəyəri 4 milyon avroya olan mənzil alıb. 
 
Kulibali ilə Avropanın bir neçə top-klubu maraqlanırdı. Paris klubu onu Tyaqo Silvanın yerinə transfer edir. Kapitan artıq 35 yaşındadır. Seneqalı futbolçunun  transferinin PSJ-yə 75-80 milyon avroya başa gələcəyi güman olunur.