AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

PSJ-nin tarixində ilk hücumçu oldu ki...

PSJ-nin tarixində ilk hücumçu oldu ki...

İdman
24 Fevral 2020, 13:15 1018
PSJ-nin hücumçusu Edinson Kavani klubun tarixinə düşüb. 
 
Kaspi.az xəbər verir ki, PSJ Fransa çempionatının 26-cı turunda "Bordo”nu qəbul edib. Parislilərin 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada Edinson Kavani bir qol vurub. 
 
Bu, uruqvaylı futbolçunun Paris klubunun heyətində vurduğu 200-cü qol olub. Kavani PSJ-nin tarixində 200 qol vuran ilk futbolçu kimi tarixə düşüb. 
 
O, bu qolları 298 oyunda vurub. Kavani PSJ-yə 2013-cü ildə "Napoli”dən keçib.