Prezidentə yazırlar: “Sizə inamımız böyük və sonsuzdur”
Azərbaycanda koronavirus pandemiyasının geniş
yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni
zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə
Prezident İlham Əliyevə ölkə vətəndaşlarından, həmçinin xaricdə yaşayan azərbaycanlılardan
çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlardan daha bir neçəsini
təqdim edirik.
Hacıqabul rayonunun ağsaqqal sakini Cəbrayıl Xıdırov: "Hörmətli cənab Prezident. Mən Hacıqabul
rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya
səmimi təşəkkürümü bildirirəm. Siz uzaqgörən
siyasətiniz nəticəsində qısa müddət ərzində uğurlu bir yol seçib həyata
keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gördüyünüz uğurlu
tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı. Allah Sizi qorusun. Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağın hər
guşəsində, Xankəndidə, Şuşada dalğalansın”.
Cəlilabad rayonu, Suluçeşmə kənd sakini, Qəhrəman ana Nəzakət Zeynalova: "Hörmətli cənab Prezident. Böyük fədakarlıqla
xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin
adından təşəkkürümüzü bildirirəm. Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də
maddi kömək göstərdiniz. Sizin düşünülmüş və uzaqgörən tədbirləriniz
nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı
alındı. Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız,
bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik. Sizə və Mehriban xanıma
dərin təşəkkürümüzü bildirir, hər ikinizə cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər arzulayıram”.
Sumqayıt şəhər sakini, şəhid anası Gülüzar Piriyeva: "Möhtərəm cənab Prezident. Mən torpaqlarımızın bütövlüyün uğrunda gedən
döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33
nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə
göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük
təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan
pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı
qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə
məmnunluq hissi duyuruq. "El bir olsa, dağ oynadar yerindən” - deyiblər. Biz öz
birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq. Sizə bir daha təşəkkür edirəm”.
Zaqatala rayon sakini Əliyar Əliyev: "Hörmətli cənab Prezident. Siz gənclərin fəaliyyətinə
böyük önəm, yüksək qiymət verirsiniz. Gənclər də Sizin fəaliyyətinizin əsas
dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır,
bununla da özlərini Sizin köməkçiləriniz sayırlar. Cənab Prezident,
pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri
insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi
nəzarətə aldınız. Bir gənc olaraq Sizin bütün qərarlarınıza, addımlarınıza görə
Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq”.
Şəmkir rayonu, Çaparlı kənd sakinləri adından Kamal Quliyev: "Möhtərəm və əziz
Prezidentimiz, cənab Ali Baş Komandan. COVID-19
pandemiyasının qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti
yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub.
Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən,
ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə,
dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı
mübarizədə bir addım öndə olmasını təmin etdi. "Biz birlikdə
güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində
Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz. Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə
təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.
Samux rayonu, Alıuşaqlı kənd sakini Nuriyyə İsrafilova: "Hörmətli cənab Prezident. Mənim 69 yaşım var. Çernobıl
hadisələrinin iştirakçısıyam.İnsanların bəla ilə üzləşməsinin nə olduğunu bilirəm.Buna
görə də Sizin koronavirus pandemiyasına qarşı tədbirlərinizi, "Evdə qal”
çağırışlarınızı yüksək qiymətləndirirəm. Bütün qərarlara görə Sizə təşəkkür
edirik.İllər keçəcək, ancaq Sizin Azərbaycan xalqı üçün etdikləriniz
unudulmayacaq. Hər şeyə görə çox sağ olun, cənab Prezident”.
Masallı rayon sakinləri adından Zaur Nəciyev: "Hörmətli cənab Prezident. Dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası
ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonumuzun
aztəminatlı sakinləri maddi və ərzaq yardımı ilə təmin olundular. Bununla yanaşı,
rayonumuzda bu xəstəliyin geniş yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər
də səmərəli oldu, böyük itkilərin qarşısı alındı. Koronavirusla
mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi
sevindirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz
fəaliyyətinizin sayəsində baş verdi. Buna görə də xalqımız Sizə minnətdardır”.
Füzuli rayon sakinləri adından Vəli Şəmilov: "Möhtərəm cənab
Prezident. Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus
xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin
rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlərini yüksək qiymətləndirir və
alqışlayırıq.Sizin qabaqlayıcı tədbirləriniz sayəsində çox şükürlər olsun ki,
ölkəmizdə faciəvi nəticələr qeydə alınmadı. Vətəndaşlarımız üçün böyük
əhəmiyyət daşıyan bu məsələdə tutduğunuz qətiyyətli mövqeyə, atdığınız strateji
addımlara görə xalqımız Sizə hər zaman minnətdar olacaqdır. Virusla mübarizə aparmaqla yanaşı, dövlətimizin aztəminatlı ailələri, işə
getmək imkanından məhrum olan insanları diqqətdə saxlaması, onlara 190 manat
məbləğində birdəfəlik ödəmə verməsi təqdir olunur. Biz də bu işlərə sevinən,
bundan qəlbən məmnunluq hissi duyan milyonlarla vətəndaşın sırasındayıq. Cənab Prezident, son günlər sağalıb evlərinə dönən xəstələrin sayı
artmaqdadır. Əlbəttə ki, bu, çox xoş haldır. İnanırıq ki, tezliklə bu bəladan
yaxamızı birdəfəlik qurtaracağıq. Allah Sizi və ailənizi qorusun”.
Daşkəsən
rayonu, Xoşbulaq kənd
sakini Əvəz İsgəndərov: "Hörmətli
cənab Prezident. Siz ölkəyə rəhbərlik
etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın
sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını
yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Mən və ailə üzvlərim koronavirus
pandemiyası dövründə xalqımızın sağlamlığını qorunması, həmçinin insanların çətinliyə
düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı
bildiririk. Ailəmizin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələr
bizim çətin günlərdə tək olmadığımızı göstərdi. Siz xalqımızı böyük çətinlikdən qurtardınız. Biz Sizə daim güvənirik.
Bir daha təşəkkür edirik”.
Kürdəmir
rayon sakini Sarvan Ağasiyev: "Çox
hörmətli Prezident.
Son aylar dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı
ölkəmizdə görülən tədbirlər müsbət nəticələrini verdi. Sizin rəhbərliyinizlə həyata
keçirilən işlər başqaları üçün nümunə oldu. Apardığınız düzgün siyasət bizim
sağlam qalmağımıza, xəstəliyin geniş yayılmamasına səbəb oldu. Buna görə Sizə
minnətdarıq. Cənab Prezident, Siz xalqı
sevdiyiniz kimi, xalq da Sizi sevir. Siz xalqı dəstəklədiyiniz kimi, xalq da
Sizi dəstəkləyir. Azərbaycan xalqı həmişə Sizinlədir. Tanrı Sizi qorusun. Var olun, cənab
Prezident”.
Tərtər rayon sakini Səriqə Rzayeva: "Hörmətli cənab Prezident. Bu çətin günlərdə
Azərbaycan xalqına göstərdiyiniz qayğı və dəstəyinizə görə Sizə minnətdarlığımı
bildirirəm. Gözəgörünməz düşmənlə üzbəüz qalan dünyamızda Sizin
strategiyanız nəticəsində Azərbaycan xalqı bu düşmənə qalib gəlmək üzrədir. Siz
bizim yanımızda olduğunuz kimi, xalq da Sizin yanınızdadır. Tərtər rayonunun əhalisi adından Sizə minnətdarlığımızı bildiririk”.
İsmayıllı şəhər sakini Elman
Xəlilov: "Hörmətli cənab Prezident. Bu məktubu yazaraq Sizə minnətdarlığımı
bildirmək istəyirəm. Dünyada koronovirus xəstəliyi baş verdiyi vaxtda Sizin
qayğıkeşliyiniz, vətənpərvərliyiniz bir daha göz qarşısındadır. Dünyada baş verən
bu virus hamı kimi bizi də təəssüfləndirir. Çox sağ olun ki, aztəminatlı, işsiz
vətəndaşların qayğısına qalırsınız. Sizin göstərdiyiniz humanist addım əvəzedilməzdir. İşsiz vətəndaş olaraq mənə də 190
manat verildi. Sizin sayənizdə ailəm və övladlarım sevindi. Ailəmin və
uşaqlarımın adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, tezliklə bütün dünya
bu bəladan qurtulsun, doğma Azərbaycanımız Sizin siyasətiniz nəticəsində
sosial-iqtisadi inkişafını davam etdirsin, həmişə yüksəklərdə duran qabaqcıl
ölkələrdən olsun. Sizə uzun ömür, cansağlığı
arzulayıram. Həmişə Sizi dəstəkləyirik”.
Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə
sakini Cavanşir
Poladov: "Hörmətli cənab
Prezident. Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində
koronavirusa qarşı aparılan düzgün mübarizə öz nəticəsini göstərdi.Siz xalqın
dar günündə önə keçən, xalqı hər bəladan qoruyan Lidersiniz. Siz xalqın çətinliklə
üzləşdiyi bir dövrdə 100 minlərlə vətəndaşımıza, istər vergi ödəyicisi olsun,
istər işsiz, heç bir fərq qoymadan yardım etdiniz.Bu xalqını sevən və dəyərləndirən
Prezidentə layiq addımdır. Sizə minnətdarlıq bildirərək şərəfli fəaliyyətinizdə
yeni uğurlar arzulayıram”.
Saatlı rayon sakinləri Qədim Ədilov və Mamed Ağayev: "Hörmətli
cənab Prezident. Koronavirus pandemiyası ilə
mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbir görməkdə gecikdiyi
bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz bizim bu sınaqdan minimum itki ilə
çaxmağımıza zəmin yaratdı. Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin dövlətçiliyimizin inkişafı
yolunda apardığınız islahatlar, məmur özbaşınalıqlarına son qoymanız yaxşı nəticələrini
verməkdədir. Sizin aldığınız qərarlar,
bu çətin günlərdə paylanan yardımlar xalqın daha yaxşı yaşamasına
hesablanmışdır. Koronovirusdan xalqımızı qorumaq üçün göstərdiyiniz səylərə görə
Sizə minnətdarlıq bildirir, bu şərəfli və məsuliyyətli işinizdə yeni uğurlar
arzulayır, hər bir çağırışınıza əsgər kimi hazır olduğumuzu bildiririk”.
Füzuli
rayonu, Böyük Bəhmənli kənd
sakini Bayram
Ələkbərov: "Çox hörmətli
Prezidentimiz. Mən bir Azərbaycan gənci və Füzuli sakini olaraq xalqımıza
verdiyiniz dəyərə, ölkəmiz üçün göstərdiyiniz xidmətlərinizə görə Sizə və hörmətli
Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Ulu Öndərimizin məcburi köçkünlərə
hər zaman göstərdiyi diqqət və qayğını biz Sizin fəaliyyətinizdə də görürük. Buna
misal olaraq, mənim təhsil haqqımın dövlət tərəfindən ödənilməsidir. Dəyərli Prezidentim və çox hörmətli
Mehriban xanım, Sizin uğurlu fəaliyyətiniz sayəsində Azərbaycanımızı müasir və
inkişaf etmiş ölkələr sırasında görürük. Bütün dünyada yayılan koronavirus
pandemiyasının ölkəmizə təsiri oldu. Lakin Siz ilk gündən başlayaraq
qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu tədbirləriniz xalqımızın sağlamlığını
qorudu. Siz hər zaman xalqımızın yanında olmusunuz, bu çətin günlərdə də vətəndaşlarımızdan
qayğınızı əsirgəmədiniz. Cənab Prezident, bütün
bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə
daha böyük uğurlar arzulayıram. Sizinlə qürur duyuram”.
Şirvan şəhər sakini Təranə Tağıyeva: "Möhtərəm
cənab Prezident. Bütün bəşəriyyətin ağır
pandemiya ilə həyatda qalmaq uğrunda mübarizə apardığı bir dövrdə Sizin ən ali
dəyərlərə söykənərək insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət
və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin daha bir göstəricisidir.
Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar
ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Pandemiyanın dünyanın ən inkişaf etmiş
ölkələrində belə, sözün əsl mənasında, insanlıq dramı yaşatdığının şahidi
oluruq. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər
sayəsində ölkəmiz bütün dünyaya ən uğurlu mübarizə modelini nümayiş etdirdi.
Əlbəttə, bu, bir vətəndaş olaraq məni sevindirməyə bilməz. Sizinlə fəxr edirəm,
qürur duyuram, cənab Prezident! Sizə minnətdaram”.
Ağstafa rayon sakini Elcan Quliyev: "Möhtərəm
cənab Prezident. Ölkəmizdə koronavirus
pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər
təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə
bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə
Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin
üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın
verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir. Cənab Prezident, Azərbaycan Dövlət
Aqrar Universitetinin tələbəsi olaraq təhsil haqqımın ödənilməsində göstərdiyiniz
dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı
bildirirəm. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin”.
Göyçay rayon sakini Şahin Əliyev: "Cənab
Prezident. Dünyanı bürüyən pandemiya
dövründə Azərbaycan vətəndaşları Sizin tapşırığınızla xüsusi diqqət və qayğı ilə
əhatə olundu. Pandemiya dövründə 600 mindən çox vətəndaşa maddi kömək göstərildi,
bir çox fond və təşkilatlar tərəfindən ərzaq yardımı edildi. Azərbaycan gənci,
Azərbaycan könüllüsü olaraq qürurla və fəxrlə ərzaq yardımlarının
çatdırılmasında iştirak etdik. Cənab
Prezidentimiz, Sizin Sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu
yaradıldı. Sizin və birinci xanımı Mehriban Əliyevanın bir illik əmək haqqınızı
bu Fonda ianə etməyiniz Azərbaycan xalqına olan diqqət və qayğının daha bir
göstəricisi oldu. Xalqımızın həmrəyliyi bir daha dünyaya nümunə oldu. Böyük
şirkətlər, iş adamları, həmçinin bizim kimi sadə vətəndaşlar da Fonda ianə
etdilər. Cənab Prezidentimiz,
2020-ci ili Azərbaycanda "Könüllülər ili” elan etməyiniz bizə böyük stimul
verdi. 2013-cü ildən qürurla və fəxrlə Azərbaycan könüllüsü adını daşıyıram.
Biz sizin könüllü əsgərlərinizik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə gənc
fəal olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü
və minnətdarlığımı bildirirəm”.
Bakı şəhəri, Suraxanı rayon sakini Fərid Fəxrəddinli: "Möhtərəm Prezident, cənab Ali Baş
Komandan. Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi
uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə böyük
işlər görülür və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Azərbaycan gənci
Sizə daim güvənir. Cənab Prezident, Azərbaycan
xalqı çox çətinliklərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, hazırki
narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə
ölkəmizdə həyat yenidən öz axarına düşəcək. Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalqımız üçün
gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Fövqəladə Hallar
Nazirliyinin Bakı Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqının üzvləri
adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı
bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız humanist
addımlar öz müsbət nəticələrini verəcək”.
Bakı şəhər sakini İnqilab Nəzərov: "Möhtərəm cənab Prezident. Dünyanı cənginə
alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər
Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. COVID-19
infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb
olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Sizin
uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə
təşkil edildi. Əhalinin sağlamlığının qorunması ön plana çəkildi. Dünyanın
pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir
vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün
hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb. Cənab
Prezident biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik.
Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin
sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın
daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşamasına xidmət edir.
Sizin əməyiniz qarşısında baş əyirik. Əminik ki, xalqımız Sizin bu əziyyətinizi
heç bir zaman unutmayacaq. Şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür
edirəm. Sizin xalqa xidmətiniz
bugünkü və gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz
birlikdə güclüyük”.
Hazırladı: Rufik İSMAYILOV