• cümə, 19 Aprel, 00:50
  • Baku Bakı 18°C

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Karvansaray tarix-memarlıq kompleksinə baxıblar

17.03.21 12:32 538
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Karvansaray tarix-memarlıq kompleksinə baxıblar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Karvansaray tarix-memarlıq kompleksinə baxıblar.
APAxəbər verir ki, dövlətimizin başçısına burada görüləcək işlərlə bağlı məlumat verilib.
Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.

Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək - 1992-ci ilədək fəaliyyət göstərib.
Prezident İlham Əliyev deyib: "Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək”.

banner

Oxşar Xəbərlər