• şənbə, 27 Aprel, 03:23
  • Baku Bakı 14°C

Onu da Eskobarın taleyi gözləyir?

22.06.18 12:30 715
Onu da Eskobarın taleyi gözləyir?
Kolumbiya yığmasının futbolçusu Karlos Sançes ölümlə hədələnir.
Kaspi.az xəbər verir ki, Yaponiya ilə oyunun 3-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan Sançes sosial şəbəkələrdən yüzlərlə ölüm təhdidi alıb.
Artıq polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Sosial şəbəkə istifadəçilərindən biri 1994-cü ildə avtoqolla yadda qalaraq güllələnən Andres Eskobarla Sançesin şəklini yerləşdirərək belə yazıb:
"Düşünməyi təklif edirəm. Əgər Eskobaru avtoqola görə öldürüblərsə, onda Sançesi də güllələmək lazımdı”.
Kolumbiya Yaponiyaya 1:2 hesabı ilə məğlub olub.
banner

Oxşar Xəbərlər