• şənbə, 27 Aprel, 01:48
  • Baku Bakı 14°C

Onlar əvəzolunmazdır?

21.12.13 13:12 1179
Onlar əvəzolunmazdır?
Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk yarısının əvəzolunmaz futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, arxada qalan 18 turda yalnız 4 futbolçu fasiləsiz meydanda olub.
Öz komandası üçün əvəzolunmaz olanların 4-ü də legionerdir. Bu əcnəbilərdən ikisi eyni komandada - “Simurq”da çıxış edir. Qapıçı Pavel Kapsa kimi braziliyalı arxa xətt oyunçusu Anderson Oliveyra da
Polşalı qapıçıların dəbdə olduğu çempionatımızda “Rəvan”ın qolkiperi Lukas Sapela da əvəzolunmazıdır. Paytaxt təmsilçisində bir neçə baş məşqçi dəyişsə də, polşalının mövqeyi toxunulmaz qlıb.
Turnir cədvəlinin ilk yarısında qərarlaşan 5 komandada isə yalnız 1 əvəzolunmaz var. Bu da “Bakı”nın müdafiəçisi Yure Travnerdir.
18 turda 1620 dəqiqə oynayan bu 4 futbolçudan ikisi qapıçı, ikisi müdafiəçidir. Onlar son turda daha 2 şəriklərini arxada qoyub. Belə ki, “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirqulıiyevlə “Sumqayıt”ın qapıçısı anar Nəzirov 17 tur əvəzolunmaz olsalar da, son matçda meydana çıxmayıblar.
banner

Oxşar Xəbərlər