• şənbə, 27 Aprel, 06:46
  • Baku Bakı 12°C

Ona deyiblər ki, getmək üçün müharibə etməlisən

01.02.18 14:40 724
Ona deyiblər ki, getmək üçün müharibə etməlisən
"Lester”in futbolçusu Riyad Marez "Mançester Siti”yə keçidinin baş tutmamasına görə məyusdur.
Kaspi.az xəbər verir ki, buy barədə məlumatı futbolçunun dostu verib. O, bildirib ki, klub rəhbərliyi 4 transfer pəncərəsi dönəmində futbolçuya komandanı tərk etmək üçün şərait yaradacaqlarını vəd etsələr də, buna əməl etməyiblər:
"Riyad son günlər baş verənlərə görə çox məyusdur. O, "Lester” rəhbərliyinin addımını anlamır. Bu, artıq 4-cü transfer pənəcərsidi ki, klub ona getməyə icazə verəcəyini desə də, vədinə əməl etmir.
Riyad hesab edir ki, "Lester” üüçün əlindən gələni edib. Komandanın Premyer Liqaya yüksəlməsinə, çempion olmasına böyük kömək edib.
"Lester”in sabiq futbolçuları ona deyiblər ki, komandanı tərk etmək üçün müharibə aparmalıdır. Ancaq Riyad bunu istəmir. "siti”yə keçmək onun arzusu idi. O, Qvardiolanın rəhbərliyi altında işləmək istəyirdi. Riyad klubun ona qarşı belə münasibətindən çox məyusdur”.
banner

Oxşar Xəbərlər