• çərşənbə axşamı, 19 mart, 06:19
  • Baku Bakı 8°C

O, kapitan olmaq istəmir - Mən elə oğlan deyiləm

25.04.17 13:10 957
O, kapitan olmaq istəmir - Mən elə oğlan deyiləm
Con Terri "Çelsi”ni tərk edəndən sonra komandanın kapitanının kim olacağı müzakirə edilir.
Kaspi.az xəbər verir ki, jurnalistlər bu məsələ ilə bağlı Eden Azarın da fikrini öyrəniblər. Azar "Çelsi”nin kapitanı olmaq istəmədiyini bildirib:
"Hesab edirəm ki, bizdə kapitan olmağa layiq futbolçular var. Yığmada yaxşı kapitan olub-olmadığımı deyə bilmərəm. ancaq onu vurğulayım ki, mən yalnız meydanda kapitanam.
Meydandan kənarda danışmağı sevirəm. İngiltərədə isə kapitan hər yerdə danışmalıdır. Mən isə belə oğlan deyiləm. Ona görə də "Çelsi”nin kapitanı olmağa can atmıram.
Hesab edirəm ki, Terrini Keyhill, Aspilikueta və ya Sesk əvəz edə bilər. Onlar kapitan olmağa layiqdirlər”.
banner

Oxşar Xəbərlər