• şənbə, 27 Aprel, 07:43
  • Baku Bakı 12°C

O, “Borussiya”dan gedir - Mayın 31-də açıqlayacaq

30.05.17 15:15 1364
O, “Borussiya”dan gedir - Mayın 31-də açıqlayacaq
Dortmund "Borussiya”sının baş məşqçisi Tomas Tuxel postunu tərk edəcək.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı WAZ yayıb. Tuxel mayın 31-də qərarını ictimaiyyətə açıqlayacaq.
"Borussiya” onun rəhbərliyi altında Almaniya kubokunu qazanıb və Çempionlar Liqasına vəsiqə əldə edib. Ancaq buna baxmayaraq, Tuxellə "Borussiya”nın idman direktoru Hans-Yoahim Vatskenin münasibətləri gərgin olaraq qalır.
Tuxelin qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.
Məlumata görə, Dortmund klubunun rəhbərliyi "Hoffenhaym”ın baş məşqçisi Yuliyan Naqelsmanla təmas yaradıb. Ancaq o, klubunu tərk etmək istəmədiyini bildirib.
banner

Oxşar Xəbərlər