Nuri hələ də süni komadadır
"Verder”lə keçirilən yoxlama oyununda huşunu itirərək, xəstəxanaya
yerləşdirilən "Ayaks”ın futbolçusu Abdelhak Nurinin səhhəti ilə bağlı yeni
məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, həkimlərin yaydığı məlumata görə, Nurinin
ürəyi qaydasında döyünür. Ancaq o, hələ də süni komadadır. Futbolçu huşunu
itirərkən infarkt keçirməyib.
Ancaq həkimlər futbolçunun sağlamlığı ilə bağlı qəti fikir söyləməyin
tez olduğunu deyirlər. Süni komada olduğu üçün onun beyninin funksiyasını tam
şəkildə yoxlamaq mümkün deyil.
20 yaşlı futbolçunun huşunu itirməsinə səbəb ürək aritimiyası
olub.