AZE | RUS | ENG |

Nicat Şıxəlizadə: Döyüşdə buraxdığım kiçik səhvə görə məğlub oldum

Nicat Şıxəlizadə: Döyüşdə buraxdığım kiçik səhvə görə məğlub oldum
Finalda qarşılaşdığım rəqibə bir neçə dəfə qalib gəlmişəm. Həlledici mərhələdə qələbə qazanacağıma ümid edirdim. Həm də bu yarış ölkəmizdə keçirildiyinə görə mütləq qalib gəlmək istəyirdim. Döyüşdə buraxdığım kiçik səhvə görə məğlub oldum.
AZƏRTAC xəbər verir ki, bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş medal qazanmış cüdoçumuz Nicat Şıxəlizadə deyib.
Cüdoçu növbəti turnirlərdə də uğurla çıxış edib Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıya məqsəd qoyduğunu bildirib.
Nicat Şıxəlizadə komanda yoldaşlarının məğlub olmasına münasibət bildirərkən onların əksəriyyətinin gənc olduğunu vurğulayıb: "Bu gün onlardan da medal gözləyirdik. Onların əksəriyyəti gənclərdir və bu yarışda özlərini sınadılar. Ümid edirəm ki, növbəti turnirlərdə medal qazanacaqlar".
İdmançı qarşıda əsas hədəfin ikinci Avropa Oyunları olduğunu bildirib: "Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında uğurla çıxış etmək istəyirəm. Bunun üçün hazırlığımı bir qədər də artırmalıyam”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946