• şənbə, 27 Aprel, 08:58
  • Baku Bakı 12°C

Neymar “Barsa”nı, klub da onu məhkəməyə verdi

01.02.18 12:20 679
Neymar “Barsa”nı, klub da onu məhkəməyə verdi
PSJ-nin futbolçusu Neymar "Barselona”nı məhkəməyə verib.
Kaspi.az xəbər verir ki, Neymar "Barsa”nın ona vəd etdiyi bonusu almaq niyyətindədir. Futbolçu iddia edir ki, klub ona 30 milyon avro ödəməlidir.
Ancaq "Barsa” rəhbərliyi bu iddia ilə razılaşmır. Müqaviləyə görə, Neymara bonus olaraq əlavə 30 milyon avro ödənilməliymiş. Ancaq rəhbərlik iddia edir ki, PSJ-yə keçmək üçün futbolçu müqavilənin pozulmasını özü istəyib.
Buna görə də klub 75 milyon avro ziyana düşüb. "Barsa” rəhbərliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirib.
Neymara PSJ-yə 2017-ci ilin yayında 222 milyon avroya keçib.
banner

Oxşar Xəbərlər