• cümə axşamı, 28 mart, 22:44
  • Baku Bakı 13°C

Nazir Facebook-da vətəndaşların suallarına cavab verdi

24.05.13 13:49 1561
Nazir Facebook-da vətəndaşların suallarına cavab verdi
Mayın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin rəsmi Facebook səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırıb. Bu barədə Lent. az-a Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
70-ə yaxın müraciətin bir qismi sorğu xarakterli olub. Ona görə də həmin müraciətlərin müəlliflərinə izahat məzmunlu cavablar göndərilib. Müraciətlərdəki məsələlərin qısa vaxt ərzində araşdırılması və tədbirlər görülməsi barədə tapşırıq verilib və müraciət müəllifləri məlumatlandırılıb.
Qeyd edək ki, sosial şəbəkə vasitəsilə vətəndaş müraciətlərinin cavablandırılması bu sahədə ilk addımdır və vətəndaşların nazirliyə, habelə nazirliyin rəhbər şəxslərinə müraciət imkanlarını genişləndirir. Bununla yanaşı, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda, 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.
banner

Oxşar Xəbərlər