• cümə axşamı, 28 mart, 13:28
  • Baku Bakı 16°C

Nazir: Azərbaycan Festivalın keçirilməsinə tam hazırdır

21.07.19 11:51 16655
Nazir: Azərbaycan Festivalın keçirilməsinə tam hazırdır
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, Bakı növbəti mötəbər yarışa ev sahibliyi edir: "Biz yarışların keçirilməsinə tam hazırıq. Gərgin mübarizə şəraitində keçəcək yarışlarda ən güclülüər qalib gələcək". Nazir qeyd edib ki, yarışların təşkili ilə bağll işlərin böyük hissəsinə yerli mütəxsislər məsuliyyət daşıyır: "Bu, Azərbaycan üçün və Avropa üçün çox vacib bir yarışdır. Avropadan başqa heç bir qitədə gənclər arasında belə yarış keçirilmir. Biz buna nail olduq. Bu, bizim idmançılar üçün böyük bir təcrübə, böyük bir sınaq olacaq".
Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
banner

Oxşar Xəbərlər