• şənbə, 27 Aprel, 09:08
  • Baku Bakı 12°C

MY Sançesin əkiz qardaşını transfer edib?

19.03.18 14:35 804
MY Sançesin əkiz qardaşını transfer edib?
"Nyukasl”ın sabiq futbolçusu Alan Şirer Aleks Sançesin "Mançester Yunayted”dəki oyunu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Şirer Sançesin oyununu tənqid edib. O, "Mançester Yunayted”in də darıxdırcı futbol sərgilədiyini bildirib:
"Elə təəssürat yaranır ki, "Mançester Yunayted” sanki Sançesin əkiz qardaşını transfer edib. O, itmiş uşağa bənzəyir. Məşqçinin işi ondan ibarət olmalıdır ki, futbolçuya ən yüksək keyfiyyətlərini göstərməkdə yardım etsin.
Baxın, "Sevilya” ilə oyunda meydanda onların hansı futbolçuları olub... Lukaku, Sançes, Raşford. Onlar hamısı yüksək səviyyəli futbolçulardı.
Mourinyonu dəvət edəndə "Mançester Yunayted”də nə alacaqlarını yaxşı bilirdilər. Onun komandaları baxım futbol göstərməsə də, qənimətlər qazana bilib.
Ötən mövsüm də belə olmuşdu. Mənim qənaətim belədi ki, "Mançester Yunayted”in göstərdiyi futboldan zövq almaq mümkün deyil”.
banner

Oxşar Xəbərlər