• şənbə, 27 Aprel, 08:49
  • Baku Bakı 12°C

Münaqişə olub?

25.04.18 14:20 1036
Münaqişə olub?
"Napoli” ilə oyundan sonra "Yuventus”un paltardəyişmə otağında futbolçular arasında münaqişə yaşandığı barədə məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, "Yuventus”un kapitanı Canluici Buffon məsələ ilə bağlı açıqlama verib. O, yayılan məlumatın təxribat xarakterli dedi-qodu olduğunu bildirib:
"Bu, düşünülmüş dedi-qodudur. Belə dedi-qoduları komandaya təsir etmək üçün yayırlar. "Yuventus” Axillas dabanı” olmayan komandadır. Belə məlumatların mən klubda olduğum ilk gündən yayıldığını müşahidə edirəm.
Kimsə sabitliyi pozmağa, komandadakı inam və etibarı sarsıtmağa cəhd göstərir. "Yuventus”da məğlubiyyətə görə nəinki kiməsə barmaq silkələmək, ümumiyyətlə kimisə günahlandırmaq mümkün deyil. Nə qədər ki, mən bu klubda kapitanam, heç vaxt belə hal yaşana bilməz”.
banner

Oxşar Xəbərlər