• cümə, 29 Mart, 18:56
  • Baku Bakı 14°C

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

01.09.18 18:20 581
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
NazirlikdənAZƏRTAC-a bildiriblər ki, cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53-ü müəllim adını qazanaraq işə qəbul olunub.
Müsabiqədən uğurla keçənlər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkə[email protected] poçt ünvanına göndərə bilərlər. Qeyd edilən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq Apellyasiya Komissiyası tərəfindən baxılacaq.
Sentyabrın birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

banner

Oxşar Xəbərlər