AZE | RUS | ENG |

Mourinyo De Burun da cavabını verdi

Mourinyo De Burun da cavabını verdi
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Frnak de Burun cavabını verib. 
 
Kaspi.az xəbər verir ki, Mourinyo De Burun fikirlərini ironiyalı ifadələrlə cavablandırıb. Frank bildirmişdi ki, Markus Reşfordun məşqçisinin Mourinyo olmasına görə təəssüflənir. Portuqal mütəxəssisin cavabı belə olub: 
 
"O deyib ki, Reşfordun mənim kimi məşqçisi olmasına görə təəssüflənir. Ona görə ki, mənim üçün əsas hədəfim qalib gəlməkdi. 
 
Əgər Markusun məşqçisi Frank olsaydı, o, məğlub olmağı öyrənəcəkdi. Çünki De Bur bütün oyunlarda məğlub olub”. 
 
De Bur mövsümün startında "Kristal Pelas” 7 oyun dalbadal məğlub olduqdan sonra qovulmuşdu. Bu qarşılaşmalarda klub bir qol da vura bilməmişdi. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN