• şənbə, 27 Aprel, 05:43
  • Baku Bakı 14°C

Moskvada I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib

08.06.15 14:55 1126
Moskvada I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda keçiləcək I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, flaşmob paytaxtın M. Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.
RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində "Bakı-2015" loqotipi olan gödəkcə, qələm və broşürları parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri, bütün Azərbaycanı diyar-diyar gəzən Avropa oyunları məşəli haqqında məlumat veriblər.
RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev APA-ya açıqlamasında bildirib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçirib: "Leyla Əliyevanın təşəbbüsü ilə "Bakı-2015"-ə həsr olunan Universiyada təşkil etdik. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələri bu universyiadada iştirak etdilər. Bu gün keçirilən flaşmob da "Bakı-2015"-ə dəstək layihəsi çərçivəsində baş tutub".
banner

Oxşar Xəbərlər