Misir də, CAR da ərizə yazdı
2019-ci ildə
Afrika Millətlər Kubokuna ev sahibliyi etmək istəyən bir neçə ölkə var.
Kaspi.az xəbər
verir ki, turnirə Kamerun ev sahibliyi etməli idi. Ancaq hazırlıq işləri istənilən
səviyyədə aparılmadığı üçün Afrika Futbol Konfederasiyası təşkilatçılıq
hüququnu Kamerundan almışdı.
Artıq Misir və
CAR turniri keçirmək üçün ərizə veriblər. Afrika Kuboku-2019 iyunun 5-dən
iyulun 13-nə qədər keçiriləcək. Turnirin qəbul edəcək ölkənin adına yanvarın
9-da aydınlıq gələcək.