• cümə axşamı, 09 may, 21:26
  • Baku Bakı 21°C

Millimiz qitənin ən güclüsü oldu

18.11.13 07:58 1380
Millimiz qitənin ən güclüsü oldu
Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi 4 illik fasilədən sonra yenidən qitənin ən güclüsü adına layiq görülüb.
Belə ki, Aleksandr Xalifmanın kapitanı olduğu yığmamız (Şəhriyar Məmmədyarov (2757), Teymur Rəcəbov (2715), Eltac Səfərli (2653), Rauf Məmmədov (2647) və Qədir Hüseynov (2607)) son turda Ermənistanla heç-heçə (2:2) edib. Nəticədə 37 ölkə arasında reytinqinə görə 6-cı olan komandamız 9 görüşdən 14 xal toplayaraq, rəqibləri üçün əlçatmaz olub. Aktivində 13 xalı olan Fransa 2-ci, eyni xala malik Rusiya 3-cü yeri tutub.
Qadınların yarışında isə millimiz son turda Çexiya ilə qarşılaşıb və 1,5:2,5 hesabı ilə uduzub. 9 turda cəmi 8 xal toplayan Gülnar Məmmədova (2354), Zeynəb Məmmədyarova (2236), Türkan Məmmədyarova (2250), Xəyalə Abdulla (2255) və Nərgiz Umudovadan (2253) ibarət komandamız 31 ölkə arasında 20-ci olub.
banner

Oxşar Xəbərlər