Mikayıl Cabbarov: "Azərbaycanda bu il 3,4 faiz iqtisadi inkişaf gözlənilir"
"Azərbaycan koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən il 4,3 % iqtisadi geriləmə ilə üzləşsə də, bu il ölkə Qarabağın işğaldan azad edilməsi ilə 3,4 % iqtisadi inkişaf gözləyir".
Kaspi.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində iqtisadiyyat naziriMikayıl Cabbarovbildirib.
O həmçinin deyib ki, beynəlxalq təşkilatların da Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozları nikbindir: "2021-ci ildə Dünya Bankı ölkəmizdə 1,9 %, Beynəlxalq Valyuta Fondu isə 2 % iqtisadi artım proqnozlaşdırır".
Bundan başqa, nazir əlavə edib ki, 2030-cu ilə qədər Azərbaycan orta illik iqtisadi inkişaf tempini 2 dəfə artıraraq 7 %-ə çatdırmağı qarşıya hədəf qoyub.
M.Cabbarov ölkədə koronavirus əleyhinə vaksinasiyanın başladığını və iqtisadiyyatın qapanmış sahələrinin inkişaf edəcəyinə inandığını da qeyd edib. (Report)