• cümə axşamı, 25 aprel, 17:36
  • Baku Bakı 23°C

Mikaela Meredis: “USAİD Azərbaycanda BMT İnkişaf proqramı ilə birlikdə layihələr həyata keçirir”

24.10.16 17:51 873
Mikaela Meredis: “USAİD Azərbaycanda BMT İnkişaf proqramı ilə birlikdə layihələr həyata keçirir”
"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi AzərbaycandaBMTİnkişaf proqramı ilə birlikdəDayanıqlı İnkişaf Məqsədləri ilə bağlıbir sıra proqram və layihələr həyata keçirir”.

APA-nın məlumatına görə, bunu USAİD-in Bakı ofisinin rəhbəri Mikaela Meredis deyib.

O, bu layihələrin bir hissəsinin gənclərə aid olduğunu qeyd edib: "Biz gəncləri cəmiyyətin çox vacib hissəsi hesab edirik. Bunlardan biri gənclərin işsizlik məsələsi ilə bağlıdır. Digəri isə Beynəlxalq Miqrasiya təşkilatı ilə birlikdə reallaşan insan alverinə qarşı müxtəlif proqramlardır. Biz həmçinin UNDP ilə fiziki məhdudiyyəti olan insanların təhsili proqramlarına öz töhfəmizi veririk. Bununla yanaşı Azərbaycan gənclərinə korrupsiya və onun nəticələri barədə məlumatlar veririk”.
USAİD əməkdaşı maliyyələşdirilən təhsil proqramları barədə də danışıb: "Bunlardan biri "Flex” proqramıdır. Bu geniş qlobal proqramdır, 20 ildir həyata keçirilir. Bu layihə tam ABŞ tərəfindən maliyyələşdirilir və şagirdlər 1 il ərzində ABŞ-da təhsil alırlar. Həmçinin universitet tələbələri üçün bir semestr ABŞ-da təhsil nəzərdə tutan layihəmiz var. Bu kimi layihələr ingilis dilini, ABŞ mədəniyyətini öyrənməyə imkan verir”.
banner

Oxşar Xəbərlər