Məsut Özildən azərbaycanlılara mesaj -

Məsut Özildən azərbaycanlılara mesaj - "Qardaşlarım..."

İdman
22 May 2019, 20:12 224
"Arsenal"ın futbolçusu Məsut Özil Bakıya gəlmək üçün gün sayır.
Qol.az-ın məlumatına görə, özünün rəsmi "Tvitter" səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli alman yarımmüdafiəçi finala kimi qalan 7 günü səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycan dilində yerli fanatlara da səslənib: "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.
Qeyd edək ki, Avropa Liqasının "Arsenal"la "Çelsi" arasındaklı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda  keçiriləcək.