AZE | RUS | ENG |

Messini idman zalında görməyib, Ronaldonu isə...

Messini idman zalında görməyib, Ronaldonu isə...
"Boka Xuniors”un futbolçusu Karlos Teves Lionel Messi və Kriştiano Ronaldo barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Teves onların məşq proseslərini müqayisə edib. Onun fikrincə, Ronaldo yalnız fasiləsiz məşqlər sayəsində formasını qorumağı bacarır: 
 
"Messini heç vaxt idman zalında görməmişəm. Onun əlavə məşq etməsinə, hansısa təmrinləri yerinə yetirməsinə rast gəlməmişəm. Onda hər şey təbii alınır. 
 
Ronaldo üçün isə əlavə məşqlər zəhlətökən ideyadır. Kriştiano hətta bütün gününü idman zalında keçirə bilər. O, formasını bunun sayəsində qorumağı bacarır.
 
Bir dəfə səhər saat 6-da məşq etmək üçün idman zalına gəldim və gördüm ki, Ronaldo ordadı”.  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN