• şənbə, 27 Aprel, 06:35
  • Baku Bakı 12°C

Məşhur məşqçi xərçəngə qalib gəldi

05.02.18 12:40 940
Məşhur məşqçi xərçəngə qalib gəldi
"Sevilya” və "Selat”nın sabiq baş məşqçisi Edurado Beriçço ağır xəstəliyə qalib gəlib.
Kaspi.az xəbər verir ki, Beriçço xərçəng xəstəliyindən əziyyət çəkirdi. Prostat vəzinin xərçəngi diaqnozu qoyulan mütəxəssis əməliyyat olunub.
Həkimlər şişi çıxarıblar. Əməliyyatdan sonra götürlən analizlərin nəticəsi göstərib ki, Eduardo ağır xəstəliyə qalib gəlib.
Orqanizmində xərçəng hüceyrələri tamamilə yoxa çıxdığından, mütəxəssisin əlavə müalicəyə ehtiyacı qalmayıb. Beriççonun xərçəng xəstəliyindən əziyyət çəkdiyi Çempionlar Liqasında "Sevilya” ilə "Liverpul” arasında keçirilən oyunda məlum olmuşdu.
Beriçço bundan bir ay sonra "Sevilya”dan ayrılmışdı.
banner

Oxşar Xəbərlər