• şənbə, 27 Aprel, 02:02
  • Baku Bakı 14°C

Maradonaya fəxri vətəndaşlıq verildi

06.07.17 16:30 1191
Maradonaya fəxri vətəndaşlıq verildi
Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya Neapol şəhərinin fəxri vətəndaşlığı verilib.
Kaspi.az xəbər verir ki, Neapol Bələdiyyə Məclisi Maradonanın bu şəhəri təmsil edən "Napoli”yə keçidinin 33-cü ili şərəfinə sabiq dünya çempionuna şəhərin fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib.
Sabiq hücumçunun şərəfinə Neapolun Plebişito meydanında şənlik tərtib edilib. Şənliyə 10 minə yaxın azarkeş qatılıb. Maradonaya fəxri vətəndaşlığın verilməsi ilə bağlı sənəd məhz burda, bələdiyyə başçısı Luici De Maqistiris tərəfindən təqdim edilib.
Xatırladaq ki, Maradona 1984-1991-ci illər aralığında "Napoli”nin şərəfini qoruyub. O, Neapol təmsilçisinin heyətində 2 dəfə İtaliya A seriyasını, UEFA kubokunu, İtaliya kubokunu və ölkə superkubokunu qazanıb.
banner

Oxşar Xəbərlər