• şənbə, 27 Aprel, 08:08
  • Baku Bakı 12°C

Maradonanın şərəfinə nəhəng tunel qurdular

13.03.19 13:30 603
Maradonanın şərəfinə nəhəng tunel qurdular
Argentina futbolunun əfsanəsi Dieqo Maradona doğma klubu "Argentinos Xuniors”dan böyük diqqət görüb.
Kaspi.az xəbər verir ki, "Argentinos Xuniors” rəhbərliyi meydana giriş hissədə Maradonanın şərəfinə böyük tunel quraşdırıb. "Argentinos Xuniors”la "Veles Sarsfild” arasında keçirilən oyun zamanı futbolçular məhz bu tuneldən keçərək meydana daxil olublar.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Maradona "Argentinos Xuniors”da 1976-1981-ci illərdə çıxış edib. O, bu komandanın heyətində keçirdiyi 166 oyunda 116 qol vurub.
banner

Oxşar Xəbərlər