• şənbə, 27 Aprel, 04:16
  • Baku Bakı 14°C

“Mançester Yunayted”dən üzr istədilər

19.02.18 11:35 668
“Mançester Yunayted”dən üzr istədilər
İngiltərə Premyer Liqasında videotəkrarları reallaşdıran VAR (Hawkeye) İngiltərə kubokunun 1/8 finalında "Haddersfild”lə oyunda baş verən səhvə görə, "Mançester Yunayted”dən üzr istəyib.
Komanda.az xəbər verir ki, qarşılaşmanın baş hakimi videotəkrara baxdıqdan sonra Xuan Matanın qolunu hesaba almamışdı. Hakim oyundankənar vəziyyət qeydə almışdı.
Ancaq qarşılaşmadan sonra aparılan araşdırmalar nəticəsində bəlli olub ki, Mata ötürmə anında oyundankənar vəziyyətdə olmayıb. VAR baş vermiş səhvə görə, "Mançester Yunayted”dən üzr istəyib.
"Mançetser Yunayted” fevralın 17-də keçirilən qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər