• şənbə, 27 Aprel, 04:31
  • Baku Bakı 14°C

Luçeskunu Lobanovski haqda dediklərinə görə peşman etdilər

30.04.19 14:00 663
Luçeskunu Lobanovski haqda dediklərinə görə peşman etdilər
Türkiyə yığmasının sabiq baş məşqçisi Mirça Luçesku Ukraynanın mərhum məşqçisi Valeri Labanovski haqda dediyi sözlərə görə üzr istəyib.
Kaspi.az xəbər verir ki, Luçesku Lobanovskinin "France Football”ın ən yaxşı məşqçilər siyahısında yer almasının düzgün olmadığını demişdi. Onun bu fikirləri kəskin etiraza səbəb olduğu üçün Luçesku üzr istəməyə məcbur olub:
"Belə alındığına görə təəssüf edirəm və üzr istəyirəm. Sözlərimin bu cür ajiotaj doğuracağını gözləmirdim. Mən yaxşı başa düşürəm ki, Lobanovski möhtəşəm məşqçi olub.
O, vacib mütəxəssis idi. Çünki sistem qurmuşdu. Həmin vaxtın "Dinamo”su məhz sistem komandası idi. Mənim dediklərim səhv idi.
Mən həqiqətən də onun reytinq siyahısındakı yerinə görə təəccüblənmişdim. Amma sonradan onun neçə böyük mütəxəssis olduğunu anladım. Onunla Ukrayna çempionatında üz-üzə gəlmədiyim üçün təəssüflənirəm”.
banner

Oxşar Xəbərlər