• şənbə, 27 Aprel, 07:46
  • Baku Bakı 12°C

Londonlu Oli Nelson: Azərbaycanda idmana xüsusi önəm verilir

29.05.19 15:04 597
Londonlu Oli Nelson: Azərbaycanda idmana xüsusi önəm verilir
Azərbaycana gəlməyimdən çox məmnunam. Burada hər yerdə bayram əhval-ruhiyyəsi duyulur. Ölkəniz məni valeh etdi.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn londonlu turist Oli Nelson söyləyib. O deyib ki, azərbaycanlılar olduqca mehriban, səmimi və qonaqpərvərdir. Azərbaycan mətbəxi çox xoşuma gəlib.
Azərbaycanın sürətlə inkişaf edən respublika olduğunu vurğulayan qonaq, eyni zamanda, ölkəmizdə idmana xüsusi önəm verildiyini bildirib.
Oli Nelson Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununun böyük maraqla izləniləcəyini qeyd edib.
banner

Oxşar Xəbərlər