AZE | RUS | ENG |

Latviyada uşaqlar arasında yayılan virusa yoluxanların sayı artmaqdadır

Latviyada uşaqlar arasında yayılan virusa yoluxanların sayı artmaqdadır
Bir neçə gündür Latviyanın bir neçə şəhərinin uşaq bağçalarında başlayan viruslu xəstəliyin qurbanlarının sayı artmaqdadır.
AZƏRTAC xəbər verir ki, Riqa yaxınlığındakı Siqulda şəhərin xəstəxanalarına "E.Coli” adlı virusa yoluxan xəstələrin müraciətləri davam edir. Son 12 saatda daha 4 uşağın xəstəxanaya daxil olması ilə ümumi yoluxanların sayı 14-ə çatıb ki, onlardan 2-nin vəziyyəti ağırdır.
Bağırsaq çöpləri ilə yoluxan virus nəticəsində uşaq orqanizmi sürətlə maye itirir, ishal və qusma müşahidə olunur. Vaxtında yardım edilməzsə, bu xəstəliyin ağır fəsadları ölümlə belə nəticələnə bilər. Xəstəliyi yaradan səbəblər isə heyvan mənşəli qidalar, yaxşı yuyulmamış meyvə və tərəvəzdir.
Hazırda Latviya Səhiyyə Nazirliyi vəziyyəti ciddi nəzarət altına alıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908