• şənbə, 20 Aprel, 03:42
  • Baku Bakı 15°C

Koronovirusla mübarizədə elmi yenilik – Azərbaycanlı alim uğur qazandı

29.06.20 18:23 681
Koronovirusla mübarizədə elmi yenilik – Azərbaycanlı alim uğur qazandı
Dünyanın bir sıra nüfuzlu alimləri və elm mərkəzləri COVİD-19-un öyrənilməsi, onun aradan qaldırılması və ondan qorunma yolları haqqında sistemli iş aparırlar.Lent.az-ın məlumatına görə, bu istiqamətdə mərkəzləşdirilmiş işlərdən biri də iki aydır ki, Almaniyada aparılır (https://lent.az/news/350701). Bütün Almaniya üzrə Universitet Klinikalarından olan COVID-19-la bağlı elmi tədqiqat layihələrini bir mərkəzdən idarə etmək və bunlar içərisindən tutarlı tədqiqatları Almaniya adından dünya elminə təqdim etmək məqsədi ilə Berlinin Charite Universitet Klinikasında mərkəzləşmiş idarə sistemi təklif olunmuşdu.
Almaniyanın Köln Universitetindən həmin mərkəzə təqdim olunan layihələrdən biri də Universitetin klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin apardığı 4 elmi tədqiqat əsasında Köln Universitetindən onun elmi işçi qrupu tərəfindən hazırlanmış layihə idi. Həmin layihə Köln Universitetindən təqdim olunmuş ümumilikdə 101, müsbət cavab alan 5 layihədən biri olub. Nuran Abdullayev və işçi qrupunun "COVID-19 diaqnostikasında Süni intellektin rolu” mövzusunda layihəsinin tətbiqi təkcə Kölndə deyil, bütün Almaniya üzrə nəzərdə tutulur. Məqsəd COVID-19 virusuna yoluxmuş xəstələrin diaqnozunu və yoluxduqdan sonra ümumi proqnozları barədə informasiyanı xəstəliyin hələ başlanğıc mərhələsində müəyyən radioloji və kliniki parametrlərə əsaslanaraq süni intellekt vasitəsi ilə daha öncədən söyləməkdir.
Qeyd edək ki, tibb elmləri doktoru Nuran Abdullayev bu Universitetdə uğurlu elmi fəaliyyət göstərən və koronavirus problemi mövzusunda dünyanın elmi ictimaiyyətinə elmi araşdırma təqdim edən ilk azərbaycanlı alimdir.
banner

Oxşar Xəbərlər